
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qaynar.info xəbər verir ki, sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Akif Ağa Mehdi oğlu Əli-zadə bu vəzifəyə təsdiq edilib.
Qaynar.info