Xəbər lenti

Prezidentdən kadr dəyişikliyi - Sərəncam
Ölkə13:24 26.02.2015

Prezidentdən kadr dəyişikliyi - Sərəncam

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev şöbə müdirinin müavini vəzifəsinə təyin olunub.

Qaynar.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, V. Əliyev mətbuat və informasiya orqanları ilə iş üzrə cavabdehlik daşıyacaq.

Qeyd edək ki, V. Əliyev 2002-ci ildən Prezident Administrasiyasında çalışır.

2005-ci ildən ictimai-siyasi şöbənin mətbuat və informasiya orqanları ilə iş sektoruna rəhbərlik edib.

Qaynar.info