Xəbər lenti

Prezidentdən sərəncam: Kinematoqrafiya və audiovizual əsərlərə dövlət dəstəyi olacaq
Sənət 17:29 29.05.2025

Prezidentdən sərəncam: Kinematoqrafiya və audiovizual əsərlərə dövlət dəstəyi olacaq

Prezident İlham Əliyev Azərbaycan ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Nazirlər Kabineti kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin".

Sərəncamda qeyd olunub ki, Nazirlər Kabineti kinematoqrafiya sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->