"Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri bütövlükdə ölkəmizin müasir beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində əldə etdiyi davamlı uğurlarının növbəti göstəricisidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan səfərini şərh edərkən deyib:
Deputat bildirib ki, Azərbaycan hazırkı mərhələdə Avropanın enerji təhlükəsizliyində əlahiddə rola malikdir:
"Avropanın enerji bazarında Azərbaycanın hazırkı yeri əvəzolunmazdır. Avropa ilə ölkəmiz arasında son dövrlər əməkdaşlığın artan intensivliyi bunu bir daha sübut edir. Azərbaycan tək ənənəvi deyil, eyni zamanda bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində də ciddi aktivlik nümayiş etdirir. Bu isə ölkəmizin enerji sahəsində əməkdaşlıq imkanlarını şaxələndirir və imkanlarımızın daha da genişlənməsinə təkan verir. Bu baxımdan, Prezidentin Bolqarıstana səfəri enerji əməkdaşlığının genişləndirilməsi nöqteyi-nəzərindən çox əhəmiyyətli bir səfər oldu.
5 ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün "Anlaşma Memorandumu” imzalandı. Bu memorandum isə Azərbaycanın Avropanın enerji təminatında çəkisinin daha da artmasına stimul verəcək. SOCAR-la Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz nəql sistemləri operatorları arasında əməkdaşlığın inkişafı nəzərdə tutulur.
Bolqarıstan Prezidenti də Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, ölkəmizi önəmli strateji tərəfdaş adlandırıb. O, ölkəmizi ən etibarlı tərəfdaş kimi təqdim edib. Belə ki, Azərbaycan hər zaman əldə edilən öhdəliklərə dəqiqliklə əməl edir. İlham Əliyevin Bolqarıstan səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan böyük əməkdaşlıq imkan və potensialına malikdir. Azərbaycanın əməkdaşlıq arealı davamlı olaraq genişlənməkddir”.
Qeyd edək ki, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstana səfər edib. Burada Azərbaycanın SOCAR-la Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları arasında "Anlaşma Memorandumu” imzalanıb.
Rüfət Sultan