Xəbər lenti

Prezidentin rüşvət alması təsdiqləndi - FOTO
Ölkə09:51 06.03.2017

Prezidentin rüşvət alması təsdiqləndi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

70 günlük araşdırmalardan sonra ölkə başçısının rüşvət aldığı sübuta yetirilib.

Cənubi Koreyada prezident Pak Kın Xenin adının hallandığı rüşvət qalmaqalında yekun nəticə əldə edilib. İstiPress RiaNovosti-yə istinadən xəbər verir ki, 70 günlük araşdırmalardan sonra ölkə başçısının rüşvət aldığı məlum olub.

Müstəntiqlər Pak Kın Xenin rəfiqəsi Sun Silin onun səlahiyyətlərindən istifadə etdiyini də sübuta yetiriblər. Müstəqil araşdırma ötən həftə ona qarşı ittiham irəli sürüb və dövlət prokurorluğu istintaqın davam etdirilməsi üçün işi onlara həvalə edib. İttihamlar "Samsung" korporasiyasının başçısı da  daxil olmaqla, ümumilikdə 30 nəfərə qarşı irəli sürülüb. Qeyd edək ki,  ölkədə səs-küy yaradan korrupsiya qalmaqalı prezident Pak Kın Xenin oktaybrın 9-da impiçmenti ilə nəticələnmişdi.

Qaynarinfo.Az