Xəbər lenti

Prezidentin səfir təyin etdiyi Abdullayev kimdir?
Ölkə18:20 06.02.2018

Prezidentin səfir təyin etdiyi Abdullayev kimdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Səudiyyə Ərəbistanında yeni səfiri təyin olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə səfir postuna Şahin Şakir oğlu Abdullayev təyinat alıb.
AzVision.az-ın məlumatına görə, Ş.Abdullayev 1959-cu ilin 14 noyabr tarixində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib.
Ş.Abdullayev indiyədək müxtəlif vəzifələrdə çalışıb. O, 1981-84-cü illərdə Yəməndə səfirlikdə işləyib. Daha sonra Azərbaycanın Xarici İşlər Nazirliyində ikinci katib, birinci katib, katibliyin müdiri (1989-95), Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin müşaviri (1995-99), XİN Asiya idarəsinin rəisi (1999-2004), Azərbaycanın Küveyt dövlətində səfiri (2004-10) vəzifələrini tutub.
Təcrübəli diplomat 2010-cu ildə Azərbaycanın Misir Ərəb Respublikasında, Əlcəzairdə, 2011-cu ildən isə Sudanda fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında nümayəndəsi, Afrika İttifaqı yanında müşahidəçi statusunda nümayəndəsi olub.