Xəbər lenti

Prezidentin təltif etdiyi zabit "Lələ təpə döyüşü"ndən danışdı
Ölkə11:44 04.05.2016

Prezidentin təltif etdiyi zabit "Lələ təpə döyüşü"ndən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Düşmənin minaladığı sahələri vaxtında və itkisiz təmizləyib, öz hərbi texnikamızı düşmənin mövqelərinin arxasına keçirməyə nail olduq”.
Bunu APA-nın Qarabağ bürosuna Lələ təpə yüksəkliyinin tutulmasında iştirak edən döyüşçülərdən biri, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən hərbi xidmətdə fərqlənməyə görə, 3-cü dərəcəli medalla təltif olunan "N” saylı hərbi hissənin zabiti Ruslan Qasımov deyib.
Təltif olunan hərbçilər adından Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edən zabit deyib ki, Ali Baş Komandanın tapşırıqlarını hər an yüksək səviyyədə yerinə yetirməyə hazırdırlar.
Qaynarinfo.az