Bu gün Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Qaynarinfo Vahid Hacıyevin dosyesini təqdim edir.
V.Hacıyev Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsillərini alıb.
2017-2019-cu illərdə Varvik Universitetinin Varvik biznes məktəbində biznes idarəçiliyi üzrə magistr təhsili alıb.
Vahid Hacıyev daha əvvəl neft sektorunda fəaliyyət göstərib.
O, 13 il "bp Azərbaycan” şirkətində müxtəlif yüksək vəzifələrdə çalışıb.
V.Hacıyev ticarət əməliyyatları kəşfiyyatı üzrə biznes-menecer, daha əvvəl isə aparat rəhbəri olub.
Daha sonra "Agro Dairy” MMC-nin qanuni təmsilçisi və icraçı direktoru olub.
V.Hacıyev bu təyinata qədər Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi olub.
Şərhlər