Xəbər lenti

Prezidentlər Azərbaycanda keçiriləcək seçkidən danışacaqlar
Siyasət18:54 02.09.2013

Prezidentlər Azərbaycanda keçiriləcək seçkidən danışacaqlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 3-də Moskvada baş tutacaq Rusiya prezidenti Vladimir Putinlə, Ermənistan dövlət başçısı Serj Sarkisyanın görüşündə Ermənistanın Gömrük İttifaqına daxil olması məsələsi müzakirə olunacaq.

ANS PRESS-in məlumatına görə, xəbəri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov verib.

Görüşdə Serj Sarkisyanın Ermənistan iqtisadiyyatının yenə də Rusiyadan asılılığını davam etdirəcəyi, yaxud da Avropa yoluna üz tutacağı ilə bağlı qərarını şəxsən Vladimir Putinə açıqlayacağı da gözlənilir. Ən azından bəzi ekspertlər bunun baş verəcəyini etiraf edirlər.

Görüşdə həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin müzakirə olunacağı və Dağlıq Qarabağ münaqişəsindən də danışılacağı gözlənilir. Tərəflər Azərbaycanda payızda keçiriləcək prezident seçkiləri konteksində münaqişədən çıxış yolunu arayacaqlar.

Qaynar.info