Xəbər lenti

Prezidentlər ilin sonunadək görüşə bilərlər
Ölkə10:38 15.07.2013

Prezidentlər ilin sonunadək görüşə bilərlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu barədə Ermənistanın xarici işlər naziri deyib

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü bu ilin sonunadək baş tuta bilər. Trend-in bazar ertəsi "Mediamaks"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanda ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə birgə keçirdiyi mətbuat konfransda bəyan edib.

Nalbandyan bildirib: "Hazırda prinsipial razılıq və belə bir görüşün keçirilməsi zərurəti anlayışı var. Və görüşün ilin sonunadək baş tutması üçün çalışmaq lazımdır".

Onun sözlərinə görə, iyulun 12-də Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi görüşdə danışıqlar prosesinin irəliləməsi imkanları və yaxın aylar üçün görüşlərin qrafiki müzakirə edilib.

Qaynar.info