
Parisdə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub. Qaynar.info AzərTAc-a istinadən xəbər verir ki, daha sonra prezidentlərin görüşü keçirilib.
Bundan sonra Fransa prezidenti Fransua Ollandın, İlham Əliyevin və Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə birgə görüşü olub. Görüşlərdən sonra Fransua Olland tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin şərəfinə şam yeməyi verilib.
Qaynar.info









