Xəbər lenti

Siyasət 15:07 28.01.2024

Prezidentliyə namizədlər arasında ən çox və ən az vəsait xərcləyənlər (SİYAHI)

Fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezident seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin seçki fondunun gəlir və xərclərinin ikinci ilkin maliyyə hesabatı açıqlanıb.

Bu barədə İqtisadiyyat.az Mərkəzi Seçki Komissiyasından məlumat əldə edib.

Hesabat sənədinə görə, İlham Heydər oğlu Əliyevin namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasının seçki fondunun gəlirlərinin cəmi 720 200 manat, xərclərinin cəmi isə 481 776,42 manat təşkil edib.

Prezidentliyə namizəd Zahid Orucun seçki fondunun gəlirlərinin cəmi 43 000 manat, xərclərinin cəmi isə 43 000 manat təşkil edib.

Prezidentliyə namizəd Razi Nurullayevin seçki fondunun gəlirlərinin cəmi 3 000 manat, xərclərinin cəmi isə 2 999,33 manat təşkil edib.

Prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçki fondunun gəlirlərinin cəmi 30 000 manat, xərclərinin cəmi isə 30 000 manat təşkil edib.

Prezidentliyə namizəd Fazil Mustafanın seçki fondunun gəlirlərinin cəmi 61 400 manat, xərclərinin cəmi isə 59 800 manat təşkil edib.

Prezidentliyə namizəd Elşad Musayevin seçki fondunun gəlirlərinin cəmi 5 000 manat, xərclərinin cəmi isə 4 428,42 manat təşkil edib.

Prezidentliyə namizəd Fuad Əliyevin seçki fondunun gəlirlərinin cəmi 2 500 manat, xərclərinin cəmi isə 2 500 manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 94.3.2-ci maddəsinə əsasən, ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir. Bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir.

Beləliklə, ikinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti 2024-cü il yanvarın 18-dən 28-dək dövrü əhatə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->