Xəbər lenti

Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı ilə bağlı MSK-da püşkatma keçiriləcək
Siyasət18:00 13.01.2024

Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı ilə bağlı MSK-da püşkatma keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə yanvarın 15-də saat 14:00-da püşkatma keçiriləcək.
Bu barədə Qaynarinfo-ya Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.
MSK-nın inzibati binasında keçiriləcək püşkatmanın məqsədi seçkiqabağı təviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsüdür.