Xəbər lenti

"Problemlərin həlli üçün sizinlə birgə çalışacağam" - Rauf Qurbanov Çarhanda izdihamlı görüş keçirdi
Siyasət10:05 22.08.2024

"Problemlərin həlli üçün sizinlə birgə çalışacağam" - Rauf Qurbanov Çarhanda izdihamlı görüş keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Rauf Qurbanov Çarhan kəndinin seçiciləri ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, görüş kifyət qədər izdihamlı keçib. Məlumata görə, hətta görüşdə qonşu kəndlərdən də qatılanlar olub. 
Yerli müşahidəçilər bildirir ki, Rauf Qurbanov uğurlu kampaniya aparmaqla demək olar ki, bütün Şamaxının rəğbətini qazana bilib. Ona görə də keçirdiyi görüşlərə daha çox qatılır. Bu həm də Rauf Qurbanovun populist vədlərlə çıxış etməməsi ilə bağlıdır. 
Yeri gəlmişkən, Çarhanda keçirilən görüşdə də Rauf Qurbanov əsas diqqəti fərdi problemlərə deyil, bütövlükdə yerli əhalini narahat edən problemlərə yönəldib. 
Ümumiyyətlə, Rauf Qurbanov fərdiyətçiliyi qəbul etmir. Onun fikrincə, problemləri həllinə nail olmaq üçün komanda şəklində fəaliyyət göstərilməlidir. O, hesab edir ki, deputatın üzərinə düşən vəzifə problemlər barədə məsələ qaldırmaq və hökuməti onların həllinə təşviq etməkdir.  "Ona görə dəfələrlə demişəm, bir daha təkrarlayıram ki, deputat xalqla hökumətin arasında körpü rolu oynamalıdır. Deputat məmur deyil, icra strukturunda çalışmır, ona görə də nə yol çəkə, nə hansısa sosial problemi həll edə bilər. O mənada ki, bunlar deputatın kompitensiyasına daxil olan məsələlər deyil. Deputat xalqın nümayəndəsidir, millətin vəkilidir. Deputat millətin problemlərini onun adından yüksək tribunalarda səsləndirən personadır. Mən də sizi əmin edirəm ki, millət vəkili seçicələcəyim təqdirdə problemlərinizi yüksək tribunalardan səsləndirəcək, onların həlli üçün sizinlə birgə çalışacağam", - namizəd bildirib. 
1984-cü ildə Şamaxı şəhərində doğulan Rauf Qurbanov 2001-ci ildə Bakı şəhərində Elşad Həmidov adına 267 saylı fizika-riyaziyyat təmayüllü lisey-məktəbi bitirib. Elə həmin ildə Azərbaycan İnşaat və Memarlıq Universiteti, "Mühəndis İqtisadiyyatı və İdarəetmə" fakültəsini fərqlənmə diplomu ilə başa vurub. 
2005-ci ildə Fövqəladə Hallar Naziriliyinin (FHN) "N" saylı hərbi hissəsində hərbi xidmət keçən Rauf Qurbanov 2006-2009-cu illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində sub-bakalavriat təhsili alıb. 
2014-cü ildə Naxçıvan Dövlət Universitetinin "Hüquqşünaslıq" fakültəsinə daxil olub, 2020-ci ildə həmin universiteti bitirib. 
2007-2011-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Birinci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində "İnspektor" vəzifəsində işləyib. Rütbəsi daxili xidmət leytenantı olub.
2011-2018-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Birinci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində "Baş İnspektor" vəzifəsində işləyib. Rütbəsi daxili xidmət mayoru olub. 
2018-2020-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Dördüncü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində "Şöbə rəisi" vəzifəsinə qədər yüksəlib. Rütbəsi polkovnik-leytenant olub.
2020-2021-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Aran Regional (Kürdəmir, Ucar, Zərdab, Yevlax, Naftalan, Tərtər, Goranboy, Mingəçevir, Göyçay, Kəlbəcər) Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edib. Rütbəsi polkovnik-leytenant olub. 
2021-2023-cü illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Birinci Ərazi Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib. Rütbəsi polkovnik-leytenant olub. 
2023-cü ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Ailəlidir, iki övladı var.