Xəbər lenti

Problemli kreditlər azalır
Ekonomiks10:50 03.01.2019

Problemli kreditlər azalır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği ötən il dekabrın 1-nə 1 688,7 mln. manat təşkil edib.
Qaynarinfo Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 0,6% azdır.
Ötən ilin əvvəlinə nisbətən vaxtı keçmiş kreditlər 3,8% artıb, əvvəlki il dekabrın 1-nə nisbətən isə 10,7% azalıb.
Noyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 13,4% təşkil edib. Bu nisbət oktyabrın sonuna 13,8%, əvvəlki ilin sonuna 13,8%, əvvəlki il noyabrın sonuna isə 15,5% təşkil edib.