Xəbər lenti

Prodüsser Təranə yeni sevgilisindən danışdı
Maqazin07:05 17.05.2016

Prodüsser Təranə yeni sevgilisindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət “ATV” telekanalından tanınan Dj Roşka ilə sevgili olan prodüssser Təranə Səmədova artıq Roşka ilə çox yaxın dost olduqlarını və ona hörmət bəslədiyini deyib. 

Aparıcı və prodüsser Təranə yeni sevgilisi haqda Qaynarinfo.az-a danışdı. Səmədova sevgilisinin bu sahədən olmadığını açıqladı:

“Sevgilim var, ancaq bu sahədən deyil. Tam başqa sahədə çalışır, nə işlə məşğul olduğunu, adını açıqlamasam daha yaxşıdır. Onu da deyim ki, çox da uzun müddət deyil, bu münasibət yeni başlayıb. Əsas odur ki, bir-birimizi yaxşı başa düşürük, hörmət edirik, dəyər veririk. Düşünürəm ki, tərəflər arasında bu olduqdan sonra münasibət uzun müddət davam edə bilər. O ki, qaldı, evlilik məsələsinə indidən heç nə demək istəmirəm. Amma həyatdı, hər şey ola bilər”.

Qaynarinfo.az