Xəbər lenti

Prorektordan Ramil Usubova şikayət olundu
Ölkə08:36 09.07.2013

Prorektordan Ramil Usubova şikayət olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zəngilandan olan və hazırda Sumqayıt şəhəri, Corat bağları, 2004.V ünvanda məskunlaşmış məcburi köçkün Ramiz Məhərrəm oğlu Məhərrəmov daxili işlər naziri Ramil Usubova rəsmi müraciət edib.

Müraciətdə bildirilir ki, o, 5 nəfərlik məcburi köçkün ailəsinin başçısı olaraq fərdi tikinti ilə məşğul olur: “2012-ci ildə özünü Sumqayıt Dövlət Universitetinin prorektoru kimi təqdim edən Kamil Xaliq oğlu Abdullayev məndən Quba-Bakı yolunun Yaşma bağ massivində 25 x 30 metr ölçüdə 2 mərtəbəli restoran tikməyi xahiş etdi.  

Həmin ərazidə Kamil Abdullayevn həyətyanı sahəsi və evi var.  2012-ci il dekabr ayının 6-da öz fəhlələrimlə işə başladıq və 2 aya restoranı təhvil verdik. Ancaq Kamil Abdullayev mənim və fəhlələrin 8000 manat pulunu vermədi. Əvvəl dedi ki, oğluma toy edib yığılan məbləğdən sizin pulunuzu verəcəm. Sonra başqa bəhanə tapdı. Dedi ki, torpaq sahəm var, sata bilmirəm, müştəri tap, sat pulunu götür. Mən müştəri tapanda məlum oldu ki, torpaq sahəsinin sənədi yoxdur. Beləcə neçə aydır ki, Kamil Abdullayev mənim və 8 nəfər fəhlənin pulunu vermir.

Kamil Abdullayev hər dəfə mənə deyirdi ki, mən o boyda universitetdə 2-ci adamam narahat olma, pulunu verəcəm. Yəni vəzifəsindən sui-istifadə edərək məni aldadırdı. Ancaq sonra mənə məlum oldu ki, Kamil Abdullayevi rüşvət üstündə universitetdən xaric edblər və barəsində cinayət iş qaldırıblar. Hətta başqa cinayət işləri də var”.

Cənab Ramil Usubov!

Mən məcbur olub Sumqayıt ŞPİ-nin 1 saylı Polis Bölməsinə yazılı müraciət etdim. Bu işlə sahə müvəkkili Yaşar müəllim, bölmə rəisi Taleh müəllim məşğul olsa da heç bir nəticə yoxdur. Deyirlər ki, Kamil Abdullayev çağırışa gəlmir.

Cənab nazir!

8 nəfər fəhlə məndən öz halal əmək haqlarını tələb edir. Özüm də məcburi köçkün ailəsinin başçısıyam. Çətinliklə dolanırıq. Sizdən xahiş edirəm ki, dələdzluq yolu ilə bizi aldadan Kamil Abdullayev haqqında cinayət işi açılsın və bizim pulumuz alınıb özümüzə qaytarılsın.

Qaynar.info