Xəbər lenti

ProSpect Academy-nin “Stresslə mübarizə” təlimi bu dəfə OMG şirkətlər qrupunda! (VİDEO)
Ekonomiks06:12 18.09.2017

ProSpect Academy-nin “Stresslə mübarizə” təlimi bu dəfə OMG şirkətlər qrupunda! (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prospect Academy OMG Şirkətlər Qrupunda (İnteqral şirkəti) “Stressin idarə olunması” təlimini keçirib.Təlimdə OMG Şirkətlər Qrupunun vitse-prezident İlkin Qarayev başda olmaqla qrupa daxil olan və müxtəlif sahələrdə fəaliyyət göstərən CafeCity restoranlar şəbəkəsi, Viva şirniyyat evi, Maxi.az, Naxış restoranı və s. kimi şirkətlərdə stressli pozisiyalarda çalışan bir qrup əməkdaş da iştirak edib.

Stressin yaranma səbəblərindən, onun növlərindən, insanların immun sisteminə və həyatlarının keyfiyyətinə necə təsir etdiyi müzakirə edilən təlimdə stressdən azad olmağın nə dərəcədə önəmli olması barədə məlumat verən təlimçi Vüsalə Verdiyeva: “Bütün qayğılarımızın 30%-ni keçmişə verilən dəyərlər və artıq dəyişdirilməsi mümkün olmayan qərarlar təşkil edir. 12% -i digər insanların dediklərinə əsaslanır. 10%-i isə insanın səhhəti ilə bağlıdır. Qrafikdən də göründüyü kimi, insanın stress keçirməsi ilə bağlı səbəblərin cəmi 8% həqiqətən də narahatçılıq doğura biləcək səviyyədədir, əsas 40%-i heç vaxt reallaşmayacaq və öz fikirlərimizdə, beynimizdə yaratdığımız qorxularımıza bağlı məqamlardır.” - deyə maraqlı fikirlər səsləndirib.

Prospect Academy-nin təlimçisi Vüsalə Verdiyeva həm də qeyd edib ki: “Stress və onun fəsadlarından azad olmaq məhsuldarlıq və səmərəlilik səviyyəsini artırır. Deməli, emosional rahatlıqdan əlavə, bu tip azadlıq həm də xidməti uğurlara gətirib çıxarır. Kollektivdə çalışan  hər bir əməkdaş və bütövlükdə şirkət pozitiv əhval ruhiyyəyə köklənəndən sonra iş mühiti müsbət səmtə doğru dəyişir”.

Təlimdə həmçinin iş fəaliyyətində stress qaynaqlarını müəyyənləşdirmə qabiliyyəti aşılandı. Beləliklə, “əsəbi vəziyyət necə yaranır?”, “stressli olan zaman necə sakitləşmək olar?” və “bunlar insana necə yardım edə bilər?”, “stressin öhdəsindən tez bir zamanda necə gəlməli?” və “pozitiv düşünməyi necə öyrənmək olar?” kimi suallara cavablar müzakirə olundu və stressdən azadolma üsullarından biri kimi qısa meditasiya prosesi tətbiq olundu.

Təlimin sonunda OMG Şirkətlər Qrupunun vitse-prezidenti İlkin Qarayev çıxış edərək, bu növ təlimlərin stressli pozisiyalarda çalışan əməkdaşlar üçün olduqca önəmli olduğunu söylədi və təlimçi Vüsalə Verdiyevaya və ProSpect Academy-ya uğurla keçirilən təlimə görə təşəkkür etdi.

Qeyd edək ki, PRONET MMC-nin layihəsi olan ProSpect Academy-nın digər təlimləri kimi bu təlim də uğurlu nəticə ilə yadda qaldı. ProSpect Academy bir sıra iri korporasiyalarda, müxtəlif sektorlara aid dovlət və özəl sahələrdə çalışan sahələrdə təlimlər keçirməklə, ölkədə sahibkarlığın inkişafına öz dəstəyini verməyə davam edir.

ProSpect Academy-nın təlimləri ilə tanış olmaq və yararlanmaq üçün əlaqə:

Tel: +994012 3101221 

Sayt: www.prospectacademy.az

E-mail: [email protected]