Xəbər lenti

İdman 14:20 06.07.2023

PSJ yeni ulduzunu ictimaiyyətə təqdim etdi

PSJ ilk rəsmi transferini elan edib.

Qaynarinfo-nun məlumatına görə, İtaliya "İnter"indən transfer edilən slovakiyalı müdafiəçi Milan Şkrinyar ictimaiyyətə təqdim olunub. Klubdan verilən açıqlamada futbolçu ilə beşillik müqavilə imzalandığı bildirilib. 

2017-ci ildə İtaliya A Seriyasında ən yaxşı müdafiəçi seçilən Şkrinyar "İnter"in heyətində beş mövsüm ərzində 246 oyun keçirib, 10 qola imza atıb. O, İtaliya karyerası ərzində ölkə çempionatının (2021), İtaliya Kubokunun (2022 və 2023) və İtaliya Super Kubokunun (2021 və 2022) qalibi adını qazanıb.

İlk dəfə 2016-cı ilin mayında Slovakiya millisinə çağırılan 28 yaşlı futbolçu yığmada 60 oyun keçirib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->