
Pul mübahisəsinə görə iş yoldaşını öldürməyə cəhd şəxs 11 il cəza alıb.
Qaynar.info xəbər verir ki, Bakı Ağır cinayətlər məhkəməsində Bakı şəhər sakini Şamil Gülmətovun CM-nin 29,120.2.2 (xuliqanliq niyyəti ilə qəsdən adam oldurməyə cəhd) maddəsi ilə cinayət işinin baxışı yekunlaşıb.
İttiham aktına əsasən, ötən il aprelin 22-də Şamil Gülmətov fərdi qaydada Xətai rayonunda təmir etdikləri mənzildə olarkən iş yoldaşı Iqor Tkacovun iradlarına cavab olaraq öz əşyalarını yıgıb, onlarla birlikdə bir daha işləməyəcəyini bildirməklə onlardan ayrılıb və cıxıb gedib.
O gedəndən bir müddet sonra Iqor Tkacov digər yoldaşı Imamverdi Kərimovla nahar etməyə hazırlaşanda paltarlarının ciblərindəki pulların olmamasını muəyyən ediblər. Pulların Şamil tərəfindən götürüldüyünü düşündükləri ücün Gulmətovla telefon əlaqəsi saxlamağa cəhd ediblər, amma sonuncu zənglərinə cavab verməyib.
Səhərisi gün Imamverdinin zənginə cavab verəndə, iş yoldası Şamili oğurluqda ittiham edib, lakin o bunu böhtan adlandırıb və onu söyərək görüşə cagırıb. Bıçaq göturən Gulmətov Əhmədli qəsəbəsinə gəlib, onlar M.Hadi kuçəsi, 187 ünvanda fəaliyyət göstərən "Faxralı" kafesində görüsüblər. Nəticədə şəxsi münasibətlərin aydınaşdırılması zəmnində Şamil İmamverdiyə bıcaq xəsarətləri yetirib və hadisə yerini tərk edib.
Zərərçəkən 3 sayli kliniki xəstəxanaya catdırılmaqla, həyati xilas edilib. Həmin gün Gulmətov Xətai RPI 35-ci polis bolməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində ilkin olaraq RPI Istintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlıga agır zərər vurma) maddəsi ilə cinayət işi qaldırılıb, sonradan isə həmin maddə 29,120.2.2-сi maddəyə tövsif edilməklə istintaqın davam etdirilməsi ücün rayon prokurorluğuna göndərilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay muddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Qaynar.info