
Rusiya prezidenti Vladimir Putin Azərbaycana gələcək. Anspress-in "İnterfaks-Azərbaycan"a istinadən verdiyi məlumata görə, səfər may ayının sonuna planlaşdırılıb.
"Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan arasında yaranmış münaqişə, eləcə də son vaxtlar təmas xəttində yaranmış gərgin vəziyyətlə bağlıdır".
Məlumata görə, Putinin Azərbaycandan sonra İrəvana getməsi də istisna deyil.
Rusiyanın Azərbaycandakı səfirliyi də Vladimir Putinin Bakıya səfər edəcəyi ilə bağlı yerli KİV-lərdə yayılan məlumatlara münasibət bildirib. Səfirlikdən azvision.az-a verilən açıqlamada bildirilib ki, hazırda onlarda bu barədə dəqiq məlumat yoxdur.
Diplomatik nümayəndəlik Putinin Azərbaycana səfərinin reallaşacağını istisna etməyib: "Biz KİV-də Vladimir Putinin səfəri ilə bağlı yayılan məlumatları izləyirik. Hələlik səfərlə bağlı bizdə dəqiq informasiya yoxdur. Bu baxımdan dəqiq fikir söyləyə bilmərik. Səfərin may ayında baş tutub-tutmayacağına dair səfirliyə məlumat daxil olmayıb. Hesab edirik ki, belə məlumatların KİV-də yayılması hələ tezdir”.
Qaynarinfo.az