Xəbər lenti

Putin balaca adamdır, o,  müharibədə qalib gəlməyəcək - Danimarka XİN
Siyasət15:11 01.09.2022

Putin balaca adamdır, o,  müharibədə qalib gəlməyəcək - Danimarka XİN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyası Ukraynadakı müharibədə qalib gələ bilməyəcək, Qərb tərəfdaşları onun məğlubiyyətinə köklənəcəklər.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna Danimarkanın xarici işlər naziri Yeppe Kofodun Kiyevdə keçirdiyi brifinqə istinadən məlumat yayıb .
Onun sözlərinə görə, Ukrayna ordusu Rusiyanın bütün planlarını pozub, ona görə də müttəfiqlər onun yekun məğlubiyyətə uğraması üçün yardımlarını davam etdirəcəklər.
"Putin və Rusiya Federasiyası bu müharibədə qalib gəlməyəcək. Onlar uduzacaqlar. O, hərfi və məcazi mənada balaca adamdır", - Kofod deyib.
O, həmçinin əlavə edib ki, "qanlı və bədbəxt adam”ın bütün ümidləri ukraynalıların ruhlandırıcı mübarizəsi ilə toqquşub.
Nizami Bağırov