Xəbər lenti

“Putin başqa ölkələrdən silah almağa icazə vermir” - Ohanyandan etiraf
Ölkə07:36 06.05.2016

“Putin başqa ölkələrdən silah almağa icazə vermir” - Ohanyandan etiraf

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Ermənistanın başqa ölkələrdən silah almasına icazə vermir.

Bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazıb.

Qəzet bildirir ki, bu yaxınlarda Ermənistanın müdafiə naziri Seyran Ohanyanın deputatlarla qapalı görüşü zamanı ona niyə təkcə Rusiyadan silah alınması ilə bağlı sual ünvanlanıb.

S. Ohanyan isə dolayı şəkildə nəzərə çatdırıb ki, Rusiya Ermənistanın başqa ölkələrdən silah almasına icazə vermir. O həmçinin qeyd edib ki, indiyə kimi Ermənistan silahı Rusiyadan alıb və belə davam etmək fikrindədir.  //apa

Qaynarinfo.az