Xəbər lenti

Putin hərbi vəziyyət barədə BMT və AŞ-ı yeni üsulla məlumatlandırmağı təklif etdi
Dünya 18:20 09.08.2023

Putin hərbi vəziyyət barədə BMT və AŞ-ı yeni üsulla məlumatlandırmağı təklif etdi

Rusiya prezidenti Dövlət Dumasına Rusiyada hərbi vəziyyətin tətbiqi ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası və BMT-nin məlumatlandırılması prosedurunu dəyişdirən layihə təqdim edib. 

Qaynarinfo xəbər verir ki, sənəd Dövlət Dumasının sənədləri bazasında yerləşdirilib.

Layihədə "Fövqəladə vəziyyət haqqında” Federal Konstitusiya Qanununa və "Hərbi vəziyyət haqqında” Federal Konstitusiya Qanununda dəyişiklik edilməsi təklif edilir. Dəyişikliklərə əsasən, hərbi və fövqəladə vəziyyətin tətbiqi və müvafiq olaraq ləğv edilməsi barədə Avropa Şurasının baş katibinə məlumat verilməsi zərurəti federal qanunlardan çıxarılıb.

Qanunun rəsmi dərc edildiyi gündən qüvvəyə minməsi gözlənilir.

Qeyd olunur ki, düzəlişlər İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiya və ona ratifikasiya olunmuş protokolların Rusiyaya daha əvvəl tətbiqi dayandırıldıqdan sonra tələb edilib.

Xatırladaq ki, Rusiya 2022-ci ilin martında Avropa Şurasını tərk edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->