Xəbər lenti

Putin İlham Əliyevlə görüşəcək
Siyasət09:22 22.09.2014

Putin İlham Əliyevlə görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putin sentyabrın 29-da azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək. 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş Həştərxanda keçiriləcək IV Xəzər sammiti çərçivəsində baş tutacaq. Görüşdə prezident Putin həmçinin İran, Qazaxıstan, Türkmənistan dövlət başçıları ilə də bir araya gələcək. 

Kremlin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, Xəzər dənizi ölkələrinin 2010-cu ildə sonuncu dəfə Bakıda keçirilən görüşündə qəbul edilən məsələlərin həlli əsas müzakirə mövzusu olacaq. Eyni zamanda, çoxşaxəli sənədlərin imzalanması, Putinin həmkarları ilə bəzi təktərəfli görüşləri planlaşdırılır.

Qaynar.info