Xəbər lenti

Putin Kiyev qarşısında “ağ bayraq” qaldırır və yaxud Şröderin uğursuz vasitəçiliyi (ŞƏRH)
Siyasət11:02 18.07.2022

Putin Kiyev qarşısında “ağ bayraq” qaldırır və yaxud Şröderin uğursuz vasitəçiliyi (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Frankfurter Allgemeine Zeitung”un yazdığına görə, Rusiya Ukrayna ilə müharibədə atəşkəsə nail olmaq istəyir. Bu danışıqlarda Vladimir Putini Almaniyanın keçmiş kansleri Gerhard Şröder təmsil edir. 
Şröderin ukraynalı siyasətçilərlə bir həftə əvvəl İstanbulda görüşməsi haqqında məlumatlar yer alıb. Aparılan danışıqlarda Ukrayna tərəfinin mövqeyinin güclənməsini qeyd edən Qərb mediası Şröderin atəşkəsə nail olmaq təklifindən yazır. Sözsüz ki, Şröder bu təklifi özbaşına verməyib. Araşdırmaçılar əmindirlər ki, sözügedən təklif Putindən gəlib.
Qeyd edək ki, son dövrlər Ukrayna ordusu aktiv şəkildə ABŞ və Avropa dövlətlərinin uzağı vuran ən müasir silahları ilə təmin olunmağa başlayıb. Ukrayna artıq ABŞ-ın MLRS M270 və "HİMARS” tipli reaktiv yaylım atəşi sistemlərinə malikdir. Bunun nəticəsidir ki, müharibənin son 3 günündə Rusiya ordusu bir metr belə irəliləyə bilməyib. Xerson ətrafında da ruslar mövqelərini itirməkdədir. Belə bir vəziyyətdə, Rusiyanın Şröderin vasitəçiliyilə atəşkəsə nail olmaq niyyəti realdırsa, bu Kremlin Ukraynada həyata keçirdiyi işğalçı əməliyyatları daha davam etdirmək gücünün qalmadığının göstəricisi ola bilər. 
Yaranmış vəziyyətdə yəqin ki, Rusiya ordusu müəyyən manevr etmək mövqeyini dəyişmək, yeni qüvvə və hərbi texnika ilə möhkəmlənmək istəyir. Bunun üçün də ona atəşkəs rejiminin olması lazımdır. Ona görə də Şröderi həmin prosesə cəlb ediblər. 
Məsələni Qaynarinfo-ya şərh edən təhlükəsizlik üzrə ekspert İlham İsmayıl atəşkəsə nail olmaq üçün Şröderin belə bir vasitəçilik missiyasında iştirak edə biləcəyini inandırıcı hesab etmir: 
"Ukrayna bu şəxsi qəbul etməz. Kiyev onu qəbul etmədiyindən Şröderin vasitəçi kimi iştirakı Ukrayna üçün heç də məqsədəuyğun deyil. Şröderin prosesdə olması sadəcə yalnız Rusiyanın maraqlarını təmin edə bilər. Şröderin bu istiqamətdə hansısa bir cəhddə buluna bilər. Amma onun müsbət nəticə doğuracağına inanmıram. Ukrayna heç Almaniyanın mövcud prezidenti Ştaymayeri qəbul etmir, o ki, qala keçmiş kansler Şröder olsun. Vasitəçilik missiyasında nüfuzlu adama gəldikdə, bu yöndə vəzifənin öhdəsindən gələ bilən ən yaxşı nüfuzlu şəxs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır”. 
Rüfət Sultan