Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyətin həlli məsələsinə toxunublar.
Qaynarinfo Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər ATƏT-in Minsk qrupu çərçivəsində gələcək əməkdaşlığa qarşılıqlı hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin vcə Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə birgə bəyanat imzalayıblar.
Alpər