
Rusiya prezidenti Vladimir Putinin əmri ilə, məşhur musiqiçi, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğluya orden verib.
Anspress-in məlumatına görə, Rusiya prezidenti bu gün imzaladığı əmri ilə Polad Bülbüloğlunun “Şərəf” ordeni ilə təltif edilməsinə qərar verib.
Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan SSR xalq artisti, Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimi Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə bakıda məşhur müğənni Bülbülün ailəsində anadan olub.
Qaynar.info