Qarabağ üzrə birgə Türkiyə-Rusiya mərkəzi pilotsuz təyyarələrdən istifadə edəcək.
"Report"un məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
"Bizim Yaxın Şərqdə qarşılıqlı təsir üzrə çox yaxşı təcrübəmiz var, həmçinin Suriyada, İdlibs zonasında, və Suriya və Türkiyə arasında sərhəddə birgə patrul xidməti, konvoylar təşkil edirik. Burada bu cür qarşılıqlı təsir tələb olunmur. Amma biz razılaşdıq ki, birgə mərkəz yaradacağıq, hansı ki, pilotsuz uçucu aparatlardan istifadə edəcək, bu uçucu aparatların köməyi ilə ayrılma xətti boyunca vəziyyətə birlikdə nəzarət edəcək, informasiya alacaq, birlikdə təhlil edəcəyik", - o "Rusiya 24" telekanalının efirində deyib.