Xəbər lenti

Putin: "Rusiya 15 il Ermənistanı Qarabağ ərazilərini Azərbaycana qaytarmağa inandırıb"
Siyasət15:50 05.10.2023

Putin: "Rusiya 15 il Ermənistanı Qarabağ ərazilərini Azərbaycana qaytarmağa inandırıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya 15 il Ermənistanı Qarabağ ərazilərini Azərbaycana qaytarmağa inandırıb, lakin rəsmi İrəvan bundan imtina edib.
"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday forumunda deyib.
O vurğulayıb ki, Azərbaycanın Qarabağda konstitusiya quruluşunu nə vaxt və hansı yolla quracağı an məsələsi idi.
Putin Ermənistanın hazırda Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını xatırladıb.
Xatırladaq ki, sentyabrın 28-də separatçıların rəhbəri Samvel Şahramanyan qondarma "Dağlıq Qarabağ Respublikası”nın mövcudluğuna xitam verilməsi haqqında "qərar" imzalayıb.