Rusiya prezidenti Vladimir Putin Rusiya müsəlmanlarını
Ramazan bayramı münasibətilə təbrik edib.
Qaynarinfo bu barədə Kremlin mətbuat xidmətinə
istinadla xəbər verir.
"Müqəddəs Ramazan ayı bitdi və Rusiya müsəlmanları
çoxdan gözlənilən parlaq bayramı qarşılamaqdan məmnundurlar. Qədim zamanlardan Ramazan
Bayramı xeyirxah işlər və möhtaclara qayğı ilə qeyd olunur, insanların özlərini
inkişaf etdirmək istəyini təcəssüm etdirir”, - təbrikdə deyilir.
Qeyd edək ki, bir qədər əvvəl Ramazan Bayramı günü 13
may günü Moskvanın üç əsas məscidi tərəfindən kütləvi qeyd edilməyəcəyi bildirilib.
Bu barədə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi təşkilatının saytında
məlumat verilib.
"Bayram namazı yalnız hər üç məscidin ruhanilərinin
və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin işçilərinin iştirakı ilə
keçiriləcək və onlayn yayımlanacaq", - məlumatda deyilir.
Qərarın bayram namazı zamanı dindarların kütləvi
infeksiya təhlükəsi ilə əlaqədar verildiyi bildirilir.
Alpər
Şərhlər