Xəbər lenti

Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqladı
Siyasət17:16 28.02.2022

Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Putin bu barədə Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında bildirib. 
"Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası vəzifələrinin həlli və onun neytral statusunun təmin edilməsi ilə mümkündür”, - deyə məlumatda qeyd olunub.