Xəbər lenti

Putin və Paşinyan nə barədə danışıblar? - Ekspert
Siyasət10:59 25.06.2023

Putin və Paşinyan nə barədə danışıblar? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Paşinyanın Putinə bu zəngi vəziyyətin necə olduğunu öyrənmək üçün kəşfiyyat xarakteri daşıyır”. 
Bunu Qaynarinfo-ya açıqlamasında  politoloq Əlimusa İbrahimov Ermənistan baş naziri Paşinyanın Rusiya Prezidenti Putinə zəng edərək, bu ölkədə cərəyan edən son hadisələri müzakirə etmələrini şərh edərkən deyib.
"Gələn həftə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək. İyulun 21-də də  dövlət başçılarının Brüssel görüşü gözlənilir. Bu  görüşdə müəyyən məsələlərin razılaşdırılması  gözlənilir. Bu fonda Paşinyan Azərbaycana və digər  fövlətlərə münasibətdə atacağı addımları qətiləşdirmək üçün Putinə zəng vurub”, deyə politoloq vurğulayıb. 
Həmsöhbətimiz bu zənglə Paşinyanın Putinə mövcud vəziyyətdə öz yardımını təklif etməsi versiyasını isə qəbul etmir:
"Düşünmürəm bu baş versin. Paşinyan sadəcə  olaraq, Putinə zəng etməklə Rusiyadakı real vəziyyəti, onun bundan sonrakı addımlarının nə olacağı və Ukrayna müharibəsində vəziyyətin nə yerdə olduğunu öyrənmək istəyib. Ermənsitan Rusiya-Ukrayna müharibəsinin nəticələrini səbirsizliklə gözləyir. Paşinyan öz xarici siyasəti, xüsusən də Azərbaycanla münasibətində ciddi addımlar atmaqdan çəkinir. Onun qorxduğu əsas məsələdən biri də Rusiyanın İrəvanın Qərblə yaxınlaşmasına verəcəyi reaksiyadır”.
Ekspert qeyd edib ki, Paşinyan Putinlə danışdıqdan sonra, Avropaya gedərkən, bu ölkələrin rəhbərlərinə Putinin və Rusiyanın vəziyyəti və orada gedən proseslər barədə hesabat verəcək. 
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Məlumata görə, tərəflər Rusiyadakı son hadisələri müzakirə ediblər. 
Rüfət Sultan