Xəbər lenti

Putinin Belarusa ordu göndərəcəyinə inanmıram... - Politoloq
Siyasət10:26 20.08.2020

Putinin Belarusa ordu göndərəcəyinə inanmıram... - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ölkələrin taleyi ilk növbədə ölkə daxilində həll olunur”.
Qaynarinfo xəbər verir ki, bunu politoloq Şahin Cəfərli Belarusda president seçkilərindən sonrakı vəziyyəti şərh edərkən deyib. Politoloq hesab edir ki, Belarus xalqı Lukaşenkonun madurolaşmasına yol verməməlidir:
"Venesuelada yüz minlərin, hətta milyonların iştirakı ilə mitinqlər keçirildi, sonra hər kəs evinə dağılışdı. ABŞ-ın mövqeyinə və sanksiyalarına çox güvəndilər. Amma diktator ağır beynəlxalq təzyiq və təcridə məruz qalsa da, hələ ki dəyişiklik baş verməyib. Onu və ətrafındakı narkokarteli Venesuela xalqının iztirabları yox, yalnız öz şəxsi taleləri maraqlandırır. İndi Avropa Birliyi də seçkiləri rüsvayçılıqla uduzmuş Lukaşenkonu qanuni prezident kimi tanımır, ona qarşı sanksiya qərarları verir. Əgər Belarus xalqı buna arxayın olsa, nəticə əldə edilməyəcək. Zatən ötən dövrdə Belarus rejiminə qarşı sanksiyalar nəticə verməyib”.
Şahin Çəfərli bildirib ki, ölkələrin taleyi ilk növbədə ölkə daxilində həll olunur: 
"Seçkidə məğlub olan, amma hakimiyyəti əlindən buraxmayan, cinayət xarakterli qərarlar qəbul edən uzurpatoru uzaqlaşdırmaq legitim haqdır. Putin Rusiyasının Lukaşenkonu hakimiyyətdə saxlamaq naminə Belarusa ordu göndərib, daha bir qardaş xalqın nifrətini qazanmağı gözə alacaq dərəcədə ağlını itirdiyinə inanmıram”.
Bahar Rüstəmli