Xəbər lenti

Putinin düşməninin Bakı konserti təxirə salındı
Maqazin05:25 14.10.2014

Putinin düşməninin Bakı konserti təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur rusiyalı müğənni Andrey Makareviçin və “Kreol tanqosu orkestri”nin Bakıdakı konserti təxirə salınıb.

Qaynar.info virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumatı elə Andrey Makrareviç öz facebook hesabında paylaşıb.

Rusiyanın Krımı ilqahq etməsini, ümumən Moskvanın Ukrayna siyasətini kəskin şəkildə pislədiyinə, Ukraynaya dəstək mahnıları ifa etdiyinə görə Rusiya prezidenti Vladimir Putinin qəzəbinə tuş gələn A.Makareviç Bakıdakı konsertinə gəlmək istəyən və buna görə bilet alan bakılılardan elə konserti təxirə salanların üzr istəməli olduğunu əlavə edib.

Müğənni yazıb ki, ona konsertin təxirə salınması “ukraynameyilli çıxışların” olması ilə izah olunub: “Marazm güclənir. Bakı şəhəri "Kreol tanqosu orkestri” adlı konsertimizi “ukraynameyilli çıxışların” yaradacağı ehtimal olunması bəhanəsi ilə təxirə salıb. Bu günə qədər bizim konsertlərimiz nə Rusiyada, nə Belarusda, nə Litvada, nə Moldovada, nə də Amerikada “ukraynameyilli çıxışların” yaranmasına səbəb olmayıb. Nə isə, cənab bakılılar, konsertimizə bilet alan tamaşaçılarınız qarşısında özünüz üzr istəyin və çalışın yalan danışmayasınız. Mən sizin üzrünüzü qəbul etmirəm”.

Yada salaq ki, oktyabrın 31-də Bakıdakı Heydər Əliyev Sarayında A.Makareviçin və “Kreol tanqosu orkestri”nin birgə konserti gözlənilirdi. Konsetə biletlər satışa çıxarılmış, afişa da hazırlanmışdı.

Onu da xatırladaq ki, A.Makareviçin Bakı konsertinin ləğv edilməsi xəbəri əvvəl də yayılmışdı, amma təşkilatçılar konsertin ləğv olunmadığını, onun sadəcə vaxtının dəyişdirildiyini bildirmişdilər.

Qaynar.info