Xəbər lenti

Putinin Moskvada görüşmək təklifinə Zelenskinın CAVABI
Dünya 21:19 19.08.2025

Putinin Moskvada görüşmək təklifinə Zelenskinın CAVABI

Ukrayna lideri Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla söhbəti zamanı Rusiya Prezidenti Vladimir Putinin Moskvada ikitərəfli görüş keçirmək təklifini rədd edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Bazar ertəsi Tramp və Putin arasında telefon danışığı zamanı Rusiya dövlət başçısı Moskvada Zelenski ilə ikitərəfli görüş təşkil etməyi təklif edib. Həmin vaxt Avropa liderləri ilə birgə Ağ Evdə olan Ukrayna prezidenti rədd cavabı verib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->