Ukrayna prezidenti Volodimir Zelenski Putinin də iştirak edəcəyi Böyük 20-lər sammitinə çağırılıb.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə görüşün təşkilatçı ölkəsi İndoneziya lideri
bildirib.
Noyabrda İndoneziyada baş tutacaq görüşə Putinin qatılması təsdiqlənib. İndi isə İndoneziya lideri görüşə Ukrayna prezidenti Zelenskini də çağırdığını bəyan edib.
"Mən prezidenti Zelenskini G20 sammitinə qatılmağa dəvət etmişəm”, - deyə İndoneziya prezidenti Joko Vidodo bildirib.
Prezident Vidodo deyib ki, Putin onunla telefon söhbətində tədbirə qatılacağını təsdiqləyib.
Ancaq Kreml sözcüsü Dmitri Peskov Rusiyanın G20 sammitinə hazırlaşdığını, lakin Putinin tədbirə şəxsən gedəcəyini, yoxsa onlayn qatılacağını müəyyənləşdirmədiyini bildirib.
Rusiya G20 üzvüdür, Ukrayna isə yox.
Müharibə başlanandan Qərb ölkələri İndoneziyaya Putini dəvət etməməsi üçün təzyiq göstərirdilər. Ancaq İndoneziya prezidenti tədbirə ev sahibliyi edən ölkə kimi bitərəfliyini saxlamağın vacibliyini əsas gətirərək bundan imtina etmişdi.
Nurlan Hüseynov
Şərhlər