Xəbər lenti

Putinin sözcüsü: “Tərəflər atəşkəsi təcili bərpa etməlidir”
Siyasət12:58 17.07.2020

Putinin sözcüsü: “Tərəflər atəşkəsi təcili bərpa etməlidir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin və Rusiyanın Təhlükəsizlik Şurasının üzvləri Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmanı müzakirə ediblər.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov söyləyib.
"Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə əlaqədar fikir mübadiləsi aparılıb”, - o deyib.
D.Peskovun sözlərinə görə, Rusiya prezidenti münaqişənin alovlanması ilə bağlı narahatlığını bildirib və atəşkəs rejiminin tətbiqinin vacibliyini vurğulayıb.