Xəbər lenti

Putinin Türkiyə etirafı - VİDEO
Siyasət06:20 28.05.2016

Putinin Türkiyə etirafı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Moskva Ankaradan konkret addımlar gözləyir".
“Moskva Ankara ilə əlaqələrin yaxşılaşmasını istəyir. Biz Ankaradan da münasibətlərin yaxşılaşması ilə bağlı bəyanatlar müşahidə edirik”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Yunanıstan səfəri ölkənin baş naziri Aleksis Tsiprasla keçirdiyi mətbuat konfransı zamanı deyib.
O, bildirib ki, bəyanatlar səsləndirilisə də Ankara tərəfindən konkret addımlar atılmayıb. "Moskva "Su-24"ün vurulması ilə bağlı Ankaradan konkret addımlar gözləyir. Amma hələ bu addımlar yoxdur. Münasibətləri biz yox, onlar pozub".
Putinin sözlərinə görə, Rusiya daha öncə Türkiyə ilə olan əlaqələrə böyük önəm verirdi. "Mən hələ də başa düşmürəm ki, Türkiyə niyə bu münasibətləri pozdu".
Həmçinin Putin deyib ki,  Rusiya Türkiyə ilə müxtəlif kanallar üzərində əlaqələri davam etdirir. 
İki ölkə arasında münasibətlər ötən ilin noyabr ayından pozulub. Həmin vaxt Rusiyanın “Su 24” qırıcısı Türkiyə Silahlı Qüvvələr tərəfindən vurulub.
Qaynarinfo.az