Xəbər lenti

Putinin varisi bəllidir - Politoloq
Siyasət06:50 28.09.2022

Putinin varisi bəllidir - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Nikolay Patruşev hakimiyyət dəyişikliyi ilə bağlı artıq bir neçə xarici güclərlə danışıq aparır”.
Bu barədə "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu açıqlama ilə çıxış edib.
Onun sözlərinə görə, Patruşev kənd təsərrüfatı naziri olan oğlunu - Dmitri Patruşevi prezidentliyə hazırlayır:
"Bölgə qaynayır, Rusiya, İran, Çin və bu, hələ başlanğıcdır. Ən qorxulusu isə Rusiyanın taktiki nüvə silahından istifadə edə biləcəyi barədə məlumatların artmasıdır. Sanki insanları buna hazırlayırlar. Amma burada da təsəlli verəcək bir məqam var.Rusiya ordusu Baş Qərargahının generalları artıq gələcəyə baxırlar. Gələcəyə baxanlar isə törətdiklərindən daha ağır cinayətlərə yol verib, əlavə məsuliyyət daşımaq istəmirlər. Ən azı məntiq belə deyir. 
Rusiyalı analitiklərin dediklərinə inansaq, gələcək hakimiyyət uğrunda savaş ordu ilə Rusiya Təhlükəsizlik Şurasının sədri Patruşevin şərti olaraq, "FSB komandası” adlanan qrupu arasında gedir. Patruşev oğlunu növbəti prezident etmək istəyir. Aydın görünən budur ki, Rusiya ordusunun təklifi əsasında  utinin qərarı ilə elan olunmuş biabırçı səfərbərlik sırf siyasi aksiyadır və Putinin tam nüfuzdan salınmasına hesablanıb. Təbii ki, Kremlin sahibi də bunu anlayır, amma görünür, müqavimət göstərmək imkanı da durmadan azalmaqdadır. Bir sıra Rusiya mənbələri bildirir ki, Nikolay Patruşev hakimiyyət dəyişikliyi ilə bağlı artıq bir neçə xarici güclərlə danışıq aparır. Onların arasında Çinin, ABŞ-ın və Türkiyənin olduğu bildirilir. Hər bir halda Putinin Ukraynaya qarşı başlatdığı müharibənin artıq Moskvadakı dövlət kabinetlərinə çatdığı şübhə doğurmur”.
Rüfət Sultan