Xəbər lenti

Putinlə bu görüş sadəcə uğursuz görüş kimi yadda qaldı (ŞƏRH)
Siyasət08:40 27.04.2022

Putinlə bu görüş sadəcə uğursuz görüş kimi yadda qaldı (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Quterreşin Moskvaya səfərinin Ukrayna-Rusiya müharibəsinə hansısa bir təsiri olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev BMT Baş katibi Antonio Quterreşin Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna məsələsini müzakirə etməsini dəyərləndirərkən deyib:
"BMT-nin dünyada baş verən siyasi proseslərə təsir yükü olduqca azdır. Sonuncu dəfə BMT aktiv şəkildə İraq müharibəsinə müdaxilə etmişdi. Digər tərəfdən, hazırda BMT Təhlükəsizlik Şurası daimi üzvlərin veto hüququnun olması səbəbindən heç bir mühüm qərar qəbul edə bilmir. Bu mənada Quterreşin Moskvaya səfərinin Ukrayna-Rusiya müharibəsinə hansısa təsirinin olacağını da düşünmürəm. Bu məsələdə siyasi mənada BMT-nin prosesə heç bir təsir gücü yoxdur”. 
Ekspertə görə, Quterreşin səfəri sadəcə uğursuz görüş kimi yadda qaldı: 
"BMT-nin prosesdə bu və ya başqa formada iştirakını real saymıram. Türkiyənin vasitəçiliyi daha real nəticələr verir, nəinki BMT-nin”. 
Amma bununla belə, politoloq düşünür ki, BMT Baş katibinin səfəri sözügedən problem ətrafında yalnız humanitar sahədə müəyyən təşəbbüslərə yol aça bilər:
"Müharibə enerji böhranı ilə yanaşı, dünyada qida təhlükəsizliyi üçün də təhlükədir. Ukrayna ilə Rusiya dünyanın aparıcı buğda istehsalçılarıdır. Bu reallığı nəzərə alsaq, dünyada aclıq, qıda çatışmazlığının daha da artacağı gözlənilir. Quterreş səfər fonunda ən azından bu məsələdə prosesi tənzimləməyə çalışıb. Amma bunun xaricində onun siyasi müstəvidə nəyəsə nail olacağı real deyil. Müharibənin gətirdiyi fəsadların BMT səviyyəsində aradan qaldırılması mümkün görünmür. Müharibə hələ uzanır. Bütün bunları nəzərə aldıqda, Quterreşin səfərini sadəcə ritorik adlandıra bilərik və Kreml üçün həmin səfərin heç bir əhəmiyyəti yoxdur”.
Rüfət Sultan