Xəbər lenti

Putinlə Paşinyan sülh sazişi ilə bağlı müzakirə apardılar
Siyasət17:22 16.03.2022

Putinlə Paşinyan sülh sazişi ilə bağlı müzakirə apardılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Putinlə Paşinyan Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib və 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış sazişlərin icrasına toxunublar.
Paşinyan və Putin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.
Söhbət zamanı həmçinin Ermənistan-Türkiyə dialoqu, bu kontekstdə son proseslər, eləcə də Ukrayna ətrafında vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Paşinyanın apreldə Rusiyaya rəsmi səfərinin təşkili məsələsi müzakirə edilib.