Xəbər lenti

"Pyotr Tolstoy gördüyü yuxu və xəyalları dilə gətirib" - Natiq Miri
Siyasət07:25 24.07.2023

"Pyotr Tolstoy gördüyü yuxu və xəyalları dilə gətirib" - Natiq Miri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"O, əslində gördüyü yuxu və xəyalları dilə gətirib”.
Bunu Qaynarinfo-ya  açıqlamasında politoloq Natiq Miri Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun Azərbaycan-Rusiya əlaqələrinə kölgə salan açıqlamasını şərh edərkən deyib.
"Bu açıqlma təkcə Azərbaycanda deyil, Ermənistanda da hidddətlə qarşılanıb və Rusiyanın ünvanına müəyyən həqarətlər də yağdırılıb. Tolstoy Jirinovskinin vaxtilə rəhbəri olduğu partiyanın üzvü kimi əslində gördüyü yuxu və xəyalları dilə gətirib. Onun dediyi Rusiya ilə hazırkı Rusiya arasında böyük fərq var. Rusiya bu gün kiçik bir kəndi 10 ay ərzində ala bilməyəcək qədər zavalı bir durumdadır. Belə olduğu təqdirdə, müstəqil dövlətləri, xüsusilə də Ukrayna və Azərbaycanı necə özünün əhatə dairəsi saya bilər? Bu cür açıqlamalar sadəcə Rusiyanın keçmiş avtoritetindən qalan ilyuziyalardır ki, indi bu gerçəyi heç kim tanımır. Nəinki postsovet ölkələri, eyni zamanda, Qərb ölkələri də Rusiyanı özlərinə bərabər statusda görmürlər. Tolstoyun bu cür barmaq hədələri artıq dünya səviyyəsində ciddi qəbul olunmur. Çünki arxasında ciddi iqtisadi və hərbi güc durmayan istənilən açıqlama ciddi qəbul olunmur. Tolstoy köhnə ənənələri davam etdirmək istəyib. Ancaq bu fonda gülünc hədəfinə çevrilib”, deyə Natiq Miri bildirib.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Azərbaycanı aşağılayan sərsəm fikirlər səsləndirib. O bildirib ki, Rusiya  aparıcı dünya dövləti mövqeyinə malikdir, əvvəllər onun tərkibində olan ölkələr ondan asılı idi və bundan sonra da belə olacaq. Onun fikrincə, Azərbaycan, Ermənistan və Ukrayna üçün Rusiyadan başqa istiqamət yoxdur. O deyib ki, Rusiya olmadan nə Ermənistan, nə Azərbaycan, nə də Ukrayna mövcud olacaq. 
Rüfət Sultan