Xəbər lenti

Qadın alverçisi tutuldu
Ölkə15:27 22.07.2014

Qadın alverçisi tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuz rayon sakininin qadınları fahişəliyə cəlb etməsi və əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon sakini İlqar Namazovun gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

Bundan əlavə məlum olub ki, İ.Namazov həm də Tovuz şəhərinin ərazisində yerləşən kafedə əxlaqsızlıq yuvası təşkil edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info