Xəbər lenti

Qadınlar Heydər Əliyev prospektini bağladı
Ölkə08:30 23.09.2013

Qadınlar Heydər Əliyev prospektini bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 12.30 radələrində Abşeron rayonunda etiraz aksiyası keçirilib.

Xırdalan şəhər sakinləri etiraz olaraq Heydər Əliyev prospektini bağlayıb. AzNews.az-a daxil olan məlumata görə, şəhərin əsas küçəsi olan Heydər Əliyev prospektində hərəkət tamamilə dayanıb. Xəbəri Abşeron Polis Şöbəsindən təsdiqləyiblər. Bildirilib ki, hazırda hadisə yerinə polis qüvvələri cəlb edilib.

Etirazın səbəbi qaz verilişində yaranan fasilələrlə bağlıdır.

Qeyd edək ki, etiraz edənlərin əksəriyyəti qadınlar olub.

Qaynar.info