Xəbər lenti

"Qalatasaray"ın məşqçisini vuran azarkeşin həbsini istədilər
İdman10:50 30.09.2021

"Qalatasaray"ın məşqçisini vuran azarkeşin həbsini istədilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2019-cu ildə Kayserinin "Kadir Has" stadionunda keçirilən "Kayserispor" - "Qalatasaray" matçında İstanbul klubunun italiyalı məşqçisi Alberto Bartalinin belinə təpiklə vuran rəqib azarkeşə cinayət işi qaldırılıb.
Qaynarinfo DHA-ya istinadən xəbər verir ki, Serkan D. adlı azarkeşə məşqçini təpiklə vurub yaralaması iddiası ilə 1 ilə qədər həbs cəzası istənilib.
2019-cu il avqustun 30-da Türkiyə Superliqasının 3-cü turu çərçivəsində "Qalatasaray" səfərdə "Kayserispor"un qonağı olub.  Qonaqların 3:2 hesablı qələbəsi ilə bitən matçın son dəqiqələrində "Qalatasaray"ın ehtiyat oyunçular skamyasında oturan üzvləri ilə, "Kayserispor"un qərb tribunasında yer alan azarkeşlər arasında dava düşüb. Dava zamanı Serkan D. adlı rəqib azarkeşin "Qalatasaray"ın məşqçisinin belinə təpiklə vurduğu bildirilib. Təhlükəsizlik kameralarına baxılandan sonra Bartalinin şikayəti əsasında azarkeş məhkəməyə verilərək haqqında 4 aydan 1 ilə qədər həbs cəzası istənilib. Serkan D. isə açıqlamasında nə söyüş söydüyünü nə də kiməsə təpik vurduğunu və günahsız olduğunu söyləyib. 
"Qalatasaray"ın məşqçisi isə həmin anları belə ifadə edib və şikayətçi olduğunu deyib: "Azarkeşlər tərəfindən təhrik edildik. Bizə bəzi sözlər dedilər. Peşəkar insanlar olduğumuz üçün bunlara əhəmiyyət vermədik. Sonra kimsə belimə təpiklə vurdu. Özümü meydana atdım. Kim olduğunu görmədim, şikayətçiyəm".
Sözügedən azarkeşin yaxın günlərdə hakim qarşısına çıxacağı bildirilib.
Səbuhi Həsənov