Xəbər lenti

Qan tökmək istəməyən prezidentin vəzifələri parlament sədrinə keçdi
Siyasət11:29 15.10.2020

Qan tökmək istəməyən prezidentin vəzifələri parlament sədrinə keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qırğızıstan Prezidentinin səlahiyyətləri Parlament sədrinə verilir.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidməti məlumat verib.

Bu gün dövlət başçısı Sooronbay Jeenbekov xalqa müraciət edərək istefa verdiyini elan edib.

O deyib ki, hakimiyyəti əlində saxlamaq fikrində deyil və Qırğızıstan tarixində "qan tökən və öz vətəndaşlarına atəş açan bir prezident kimi" qalmaq istəmir.

Jeenbekovun mətbuat xidmətində bildirildiyi kimi, o, ölkənin Baş naziri Sadır Japarovu və digər siyasətçiləri indi insanları paytaxt küçələrindən uzaqlaşdırmağa və dinc bir həyata dönməyə çağırıb.

Xatırladaq ki, Parlament seçkilərindən sonra Qırğızıstanda iğtişaşlar başlayıb. Çoxsaylı müxalifət partiyaları mandat ala bilmədiklərindən narazı qalıblar.

Alpər