Xəbər lenti

"Qanunlarımıza hörmət edən erməni vətəndaşlarımızla müzakirələr başlaya bilər" - Zərdüşt Əlizadənin şərhi
Siyasət08:10 17.10.2022

"Qanunlarımıza hörmət edən erməni vətəndaşlarımızla müzakirələr başlaya bilər" - Zərdüşt Əlizadənin şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağ Azərbaycan torpağıdır. Bu ərazidə yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar da ölkənin digər vətəndaşları ilə eyni hüquqlara malikdirlər. 
Belə olan halda Bakı onlarla nələri müzakirə edə bilər? 
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirir ki, Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat vermək üçün ilk növbədə ölkədə bələdiyyələr haqqında qanun dəyişməlidir:
"Qarabağ ermənilərinə təhlükəsizlik təminatı vermək üçün ilk növbədə yerli özünüidarə orqanları, bələdiyyələr haqqında qanuna dəyişiklik edilməlidir. Çünki mövcud qanunlara görə, bələdiyyələrin ciddi səlahiyyəti yoxdur, onlar sanki QHT funksiyasını daşıyır. Yerli özünüidarə ilə bağlı beynəlxalq standartlar mövcuddur. Onların müəyyən səlahiyyətləri olur, vergilərdən müəyyən pay alır, yerli məsələlərdə müstəqil qərar çıxarmaq hüququ olur.
Prezidentin təyin etdiyi icra başçısı bu fonda onların səlahiyyətinə müdaxilə edə bilməz. Qarabağ ermənilərinin Azərbaycanda təhlükəsiz yaşadıqlarına inanmaları üçün ölkəmizdə sivil prinsiplər bərqərar olmalıdır. Nazirliklər səviyyəsində Qarabağ ermənilərilə müzakirələr aparıla bilər. Dövlət öz vətəndaşı olan, qanunlara hörmət edən ermənilərlə müzakirələrə başlaya, onların problemləri ilə maraqlana bilər. Ermənilər əməldə görməlidir ki, Azərbaycan qanunlarına tabe olmaqla daha çox imtiyaza mailk olurlar. Belə davranış separatizmin qarşısını da ala bilər".
Rüfət Sultan