Xəbər lenti

Qaqarinin qızı Bakıda... - FOTOLAR
Ölkə14:30 03.10.2014

Qaqarinin qızı Bakıda... - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün IV Beynəlxalq Bakı Humanitar Forumu ilə əlaqədar şəhərimizdə qonaq olan “Moskva Kremli” Dövlət Tarixi Qoruq-muzeyinin direktoru, ilk kosmonavt Yuri Qaqarinin qızı Yelena Yuriyevna Qaqarina, onun həyat yoldaşı Vladimir Mixail Yuryeviç, Lermontov nəslinin nümayəndəsi Yelena Vladimirovna Lermantova və Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova ilə Azərbaycan Milli İncəsənət Muzeyində görüş keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin saytı xəbər verir ki, görüşdə Azərbaycan Milli İncəsənət muzeyinin direktoru Çingiz Fərzəliyev və muzeyin əməkdaşları iştirak ediblər.

Görüş çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi ilə "Moskva-Kremli" Dövlət Tarixi Qoruq-muzeyi arasında gələcək əməkdaşlıq əlaqələrinin perespektivlərindən söhbət açılıb.

Sonda qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.

Qaynar.info