Xəbər lenti

Qara Qarayev: "Bu adı tək özüm qazanmamışam"
İdman19:40 22.02.2022

Qara Qarayev: "Bu adı tək özüm qazanmamışam"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Gənclər və İdman Nazirliyi tərəfindən "İdman ustası" fəxri adına layiq görülən "Qarabağ"ın və millimizin üzvü Qara Qarayev fikirlərini bölüşüb.
Qaynarinfo xəbər verir ki, yarımmüdafiəçi şəxsi feysbuk səhifəsində sevincini bu cür bildirib:
"İdman ustası” adına layiq görüldüyüm üçün Gənclər və İdman nazirliyinə təşəkkür edirəm. Bu adı tək özüm qazanmamışam. Bu adı mənə qazandıran - klub rəhbərliyi, baş məşqçi, komanda yoldaşlarım və azarkeşlərimizə təşəkkür edirəm. Bu ada layiq görülməyimdə onların da zəhməti var. Təşəkkürlər, "Qarabağ".
Səbuhi Həsənov